DÇ-2023: Azərbaycan millisinin rəqibi bilindi

Qadın həndbolçular arasında 2023-cü il dünya çempionatının ilk təsnifat mərhələsinin püşkü atılıb. 

Komanda.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada təşkil olunan mərasimdə Azərbaycan millisinin də rəqibi məlum olub. Yığma komanda Portuqaliyaya rəqib olub. Azərbaycan millisi ilk oyununu evdə keçirəcək. Komandalar arasında birinci oyun noyabrın 2-3-də, ikincisi 5-6-da olacaq.

Bu mərhələdə Avropa çempionatına vəsiqə qazana bilməyən 18 komanda mübarizə aparacaq. Qaliblər pley-offa yüksələcəklər.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button