“Dünya çempionatını kənardan izləmək çox çətindir”
İtaliya millisinin qapıçısı Canluici Donnarumma DÇ-2022 haqqında danışıb.
Komanda.az “RAİ Sport”-a istinadən xəbər verir ki, PSJ-nin üzvü DÇ-2022 barədə bunları deyib:
“Dünya çempionatını kənardan izləmək çox çətindir. Buna hələ də kədərlənirik. İndi ağlamağın mənası yoxdur”.
Daha sonra qapıçı, İtaliya millisinin hazırki durumunu şərh edib:
“Neqativ enerjini müsbətə çevirməliyik. Əminəm ki, biz bunu edəcəyik. Çünki gənc oyunçulardan ibarət böyük komandamız, bu vəziyyətdən çıxmağı bacaracaq məşqçimiz var”.
İtaliya millisi pley-off mərhələsində Şimali Makedoniyaya məğlub olaraq (0:1), DÇ-2022-dən kənarda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin