DÇ-2022: “Argentinaya azarkeşlik edəcəm” – Səmədov

Futbol üzrə Rusiya millisinin əslən azərbaycanlı keçmis yarımmüdafiəçisi Aleksandr Səmədov DÇ-2022-nin yarımfinal mərhələsi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Argentina – Xorvatiya görüşündə hansı komandaya azarkeşlik edəcəyini açıqlayıb:

“Xorvatiya ilə matçda Argentinaya azarkeşlik edəcəm. Düşünürəm ki, bu mərhələdə favorit yoxdur. Hər iki komanda artıq özünü sübut edə bilib. Yarımfinal şansları 50-nin 50-yədir”.

Argentina millisi bu gün DÇ-2022-nin yarımfinalında Xorvatiya ilə qarşılaşacaq. Növbəti yarımfinal görüşündə Fransa Mərakeş yığması ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button