DÇ-2022-yə “əlvida” deyən ilk milli komanda

2022-ci ildə keçiriləcək dünya çempionatında iştirak etmək hüququnu itirən ilk milli komanda məlum olub.

Komanda.az xəbər verir ki, Butan yığması Qətərdə keçiriləcək mundialda iştirak etmək şansını itirib.

Asiya Futbol Konfederasiyasından (AFC) mübarizəyə qoşulan, dünya çempionatının seçmə mərhələsində Quam yığmasına iki görüşdə də məğlub olan (ilk oyun 0:1, cavab oyunu 0:5) Butan millisi mübarizəni erkən dayandırıb.

DÇ-2022 Qətərdə keçiriləcək. Mundial 21 noyabr-18 dekabr tarixlərində təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button