DÇ-2022-yə görə üzü iflic olub

Çinin Hubey əyalətinin Uhan şəhərindən olan azarkeş dünya çempionatının bütün oyunlarını izləmək üçün bir həftə yatmayıb və üzü iflic olub.

Komanda.az xəbər verir ki, Cao adlı 26 yaşlı futbol azarkeşi Qətərdə keçirilən mundialın qrup mərhələsinin oyunları vaxtı gecələr cəmi iki saat yatıb. Bu müddət ərzində, demək olar ki, o, ardıcıl 12 saat qarşılaşmaları izləyib.

Çində oyunlar axşam saat 6-dan səhər saat 6-a kimi yayımlanırdı. Bundan sonra Cao motosikletlə ofisə gedib və bütün günü işdə olub. O, bir həftə bu ritmdə yaşayıb.

Daha bir yuxusuz gecədən sonra onun sağlamlıq problemləri başlayıb:

“Növbəti oyundan sonra iki saat yatdım. Oyananda özümü inanılmaz dərəcədə yorğun hiss etdim. Çöldə külək əsirdi və birdən dodaqlarımın hərəkət etmədiyini hiss etdim. Bundan əlavə, göz qapaqlarımı tərpədə bilmədim”.

Azarkeş xəstəxanaya gedib və orada ona üz iflici diaqnozu qoyulub. Həkim bildirib ki, soyuq küləklə birləşən yuxusuzluq nəticəsində belə durum yaranıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button