DÇ-2022: Xorvatiya millisinin ilkin heyəti açıqlandı

Futbol üzrə Xorvatiya millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün geniş heyəti açıqlanıb.

Komanda.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Zlatko Daliç ilkin siyahıya 34 futbolçunun adını daxil edib.

Onlardan 6-sı Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”suna məxsusdur.

Heyətdə bütövlükdə 5 qapıçı, 11 müdafiəçi, 10 yarımmüdafiəçi və 8 hücumçu yer alıb:

Qapıçılar: Dominik Livakoviç (“Dinamo” Zaqreb), İvitsa İvuşiç (“Osiek”), İvo Qrbiç (“Atletiko” Madrid, İspaniya), Dominik Kotarski (PAOK, Yunanıstan), Nedilko Labroviç (“Riyeka”)

Müdafiəçilər: Domaqoy Vida (AEK, Yunanıstan), Deyan Lovren (“Zenit”, Rusiya), Borna Barişiç (“Reyncers”, Şotlandiya), Duye Çaleta-Çar (“Sautgempton”, İngiltərə), Yosip Yuranoviç (“Seltik”, Şotlandiya), Yoşko Qvardiol (“Leyptsiq”, Almaniya), Borna Sosa (“Ştutqart”, Almaniya), Yosip Stanişiç (“Bavariya”, Almaniya), Marin Ponqraçiç (“Leççe”, İtaliya), Martin Erliç (“Sassuolo”, İtaliya), Yosip Şutalo (“Dinamo” Zaqreb)

Yarımmüdafiəçilər: Luka Modriç (“Real Madrid”, İspaniya), Mateo Kovaçiç (“Çelsi”, İngiltərə), Marselo Brozoviç (“İnter”, İtaliya), Mario Paşaliç (“Atalanta”, İtaliya), Nikola Vlaşiç (“Torino”, İtaliya), Luka İvanuşets, Yosip Mişiç (hər ikisi “Dinamo” Zaqreb), Lovro Mayer (“Renn”, Fransa), Kristian Yakiç (“Ayntraxt”, Almaniya), Luka Suçiç (“Zaltsburq”, Avstriya)

Hücumçular: İvan Perişiç (“Tottenhem”, İngiltərə), Andre Kramariç (“Hoffenhaym”, Almaniya), Yosip Brekalo (“Volfsburq”, Almaniya), Bruno Petkoviç, Mislav Orşiç (hər ikisi “Dinamo” Zaqreb), Ante Budimir (“Osasuna”, İspaniya), Marko Livaya (“Hayduk”), Antonio Çolak (“Reyncers”, Şotlandiya)

Xorvatiya millisi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək mundialda Belçika, Kanada və Mərakeşlə birlikdə F qrupunda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button