DÇ-2022: Polşalı tarixi rekordu təkrarladı
Polşa yığmasının qapıçısı Voyçex Şesnı dünya çempionatlarının rekorduna şərik çıxıb.
O, turnir tarixində iki penalti zərbəsinin qarşısını alan üçüncü qapıçı kimi tarixə düşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu bunu DÇ-2022-nin üçüncü turunun Argentina ilə görüşündə (0:2) penaltini dəf etməklə bacarıb.
1974-cü ildə digər polşalı qapıçı Yan Tomaşevski və 2002-ci ildə ABŞ-dan olan Bred Fridel bu uğura nail olub.
Polşa yığması pley-off mərhələsində Fransa millisi ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin