DÇ-2022: Çənəsi sınıb, üz sümükləri əzilib

Argentina ilə matçda zədələnən Səudiyyə Ərəbistanı millisinin futbolçusu Yasser Əl Şahraninin durumuna aydınlıq gəlib.

Oyunçu əməliyyat olunacaq. Səudiyyə Ərəbistanı rəsmiləri Şahraninin Almaniyaya aparılması üçün şəxsi təyyarə ayırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçiyə çənə sınığı, bir neçə üz sümüyünün əzilməsi və daxili qanaxma diaqnozu qoyulub.

Yığmanın qapıçısı Məhəmməd Əl-Ovais matçda komanda yoldaşını zədələyib. Qapıçı görüşün sonlarında topu cərimə meydançasından uzaqlaşdırmaq istəyərkən diziylə Yasser Əl Şahranini vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button