DÇ-2022: “Heç kim uduzmağı sevmir” – Ronaldo
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunun Cənubi Koreya ilə oyunu (1:2) haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qrupu lider kimi başa vurduqlarına görə sevindiyini dilə gətirib:
“Biz onlara qələbə şansı verdik. Balanslaşdırılmış oyun oldu. Qələbə qazanmaq istəyirdik. Qrupdan birinci çıxdığımız üçün sevincliyəm. Məğlubiyyətin əhəmiyyəti varmı? Heç kim uduzmağı sevmir”.
DÇ-2022-nin H qrupunda mübarizə aparan Portuqaliya millisi qrupu 6 xalla lider kimi bitirib. Onlar 1/8 finalda İsveçrə yığması ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin