DÇ-2022: Qətərdəki otellərin LGBT üzvlərini yerləşdirmək üçün ŞƏRTLƏRİ
Qətərdə bir sıra otellər futbol üzrə dünya çempionatı zamanı (DÇ-2022) LGBT icmasının üzvlərini qəbul etməyə hazır deyil.
Komanda.az xəbər verir ki, “SVT Sport” nəşrinin araşdırmasından belə bir nəticəyə gəlmək olar. FİFA-nın saytında dünya çempionatı zamanı Qətərdə məskunlaşmaq üçün tövsiyə olunan 69 otelin siyahısı var.
“SVT Sport”-un nümayəndələri onların hər birinə məktubla müraciət edərək özlərini İsveçdən olan və otelə qeydiyyatdan keçmək istəyən gey cütlük kimi təqdim ediblər. 56 otel bu sorğuya cavab verib, qalan 13 otel isə mesaja məhəl qoymayıb.
Sorğuya cavab verən 56 oteldən 3-ü LGBT üzvlərini yerləşdirməkdən imtina edib. 20 mehmanxana LGBT cütlüyünü yerləşdirməyə hazır olacaqlarını bildirib, amma şərtlər irəli sürüblər: qonaqlar oriyentasiyalarını gizlətsinlər, açıq-saçıq geyinməsinlər, makiyajsız olsunlar, ictimai yerlərdə münasibətlərini nümayiş etdirməsinlər və s.
Otellərdən biri qeyd edib ki, LGBT üzvlərini yerləşdirə bilərlər, lakin qeyri-ənənəvi münasibətləri ictimai yerdə nümayiş etdirsələr, polisə müraciət olunacaq.
FİFA-nın saytında tövsiyə edilən 69 oteldən 33-ü isə qeyri-ənənəvi cütlüklərə yer verilməsində heç bir problemin olmadığını bildirib.
Bizi Facebook-da izləyin