DÇ-2022: “Biz bunu qəsdən etməmişik”
Almaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan yığma komandanın ardıcıl ikinci dəfə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazana bilməməsi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, çox çalışdıqlarını və 1/8 finala çıxa bilmədiklərinə görə məyus olduqlarını bildirib:
“Bunun izahını tapmaq çətindir. Biz bunu qəsdən etməmişik. Çox çalışırıq. Düzünü desəm, çox şey itirdik, məyusuq. DÇ-2022-nin qrup mərhələsinin üç oyununda yüksək səviyyədə çıxış edə bilmədik. Potensialımız var, amma reallaşdıra bilmirik”.
Almaniya millisi E qrupunu üçüncü sırada tamamlayıb və DÇ-2022 ilə erkən vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin