DÇ-2022: PSJ 2 futbolçunun geri dönməsini istəyir
Portuqaliya millisinin müdafiəçiləri Nuno Mendeş və Danilo Pereyra zədələnib.
Mendeş qrup mərhələsinin Uruqvaya qarşı matçın sonlarında (2:0) zədələnsə də, Pereyra ilk oyunda sıradan çıxıb.
Komanda.az “SIC Noticias”-a istinadən xəbər verir ki, futbolçuların məxsus olduğu PSJ klubunun rəhbərliyi onların zədələrini bərpa etmək üçün geri qayıtmalarını xahiş edib.
Portuqaliya millisi DÇ-2022-nin 1/4 finalında Mərakeş yığması ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin