“Orada şəraitin necə olduğunu bilmirəm” – Maldini

“Milan”ın idman direktoru Paolo Maldini İtaliya A Seriyası təmsilçisinin DÇ-2022-də iştirak edən futbolçuları haqda danışıb.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, o, Turin klubunun DÇ-2022-də çıxış edən futbolçuları – Rafael Leao, Teo Hernandes və Olivye Jiru ilə turnirin davam etdiyi müddətdə əlaqə saxlamadığını bildirib:

“Mən oyunçularla ünsiyyət qurmuram. Yalnız Leao ilə bir az danışdım. Orada şəraitin necə olduğunu bilmirəm. DÇ-2022 istənilən peşəkar futbolçu üçün böyük turnirdir. Oyunçular bundan yetərincə həzz alsınlar”.

Fransa millisi DÇ-2022-nin final matçında Argentina ilə qarşılaşacaq. Oyun dekabrın 18-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button