DÇ-2022: Noyer tarixi rekordu təkrarladı
Almaniya milli komandasının və “Bayern”in qapıçısı Manuel Noyer dünya çempionatlarının rekordunu təkrarlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qapıçı DÇ-2022-nin qrup mərhələsinin ikinci turunun İspaniya ilə matçında (1:1) meydana çıxmaqla bunu bacarıb.
Həmin görüş 36 yaşlı oyunçunun mötəbər turnirlərdə 18-ci qarşılaşması olub. Noyer bu göstəriciyə görə həmyerlisi Zepp Mayer və braziliyalı Klaudio Taffarelə çatıb.
O, üçüncü turda Kosta Rika ilə qarşılaşmada oynasa, dünya çempionatları tarixində ən çox oyun keçirən qapıçı adına sahib çıxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin