DÇ-2022-nin ən yaxşısı – Messi
Argentina millisinin kapitanı Lionel Messi DÇ-2022-nin ən yaxşı futbolçusudur.
Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu 1/4 final mərhələsinin oyunlarından sonra bu ada layiq görülüb. Hazırda onun aktivində 4 qol və 2 məhsuldar ötürmə var.
İkinci pillədə Fransa yığmasından Kilian Mbappe yer alıb. İlk 3-lüyü “xoruzlar”ın digər hücumçusu Antuan Qrizmann tamamlayr.
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo isə siyahıda yer almayıb.
DÇ-2022-də ən yaxşı futbolçuların “Top-10”-luğu belədir:
1. Lionel Messi (Argentina)
2. Kilian Mbappe (Fransa)
3. Antuan Qrizmann (Fransa)
4. Dominik Livakoviç (Xorvatiya)
5. Əşrəf Həkimi (Mərakeş)
6. Bruno Fernandes (Portuqaliya)
7. Sofyan Amrabat (Mərakeş)
8. Riçarlison (Braziliya)
9. Kodi Qakpo (Niderland)
10. Çud Bellingem (İngiltərə)
DÇ-2022-nin yarımfinal mərhələsində Xorvatiya Argentina ilə, Mərakeş isə Fransa ilə üz-üzə gələcək.
Bizi Facebook-da izləyin