
DÇ-2022-nin ən yaxşı qolu bəlli oldu
Qətərdə keçirilmiş dünya çempionatının ən yaxşı qolu müəyyənləşib.
Komanda.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada Braziliya millisinin hücumçusu Riçarlisonun qrup mərhələsinin ilk turunda Serbiya yığmasına vurduğu ikinci qol layiq görülüb.
25 yaşlı forvard 73-cü dəqiqədə qayçı zərbəsi ilə topu rəqibin qapısından keçirib.
Riçarlison səsvermədə həmyerlisi Neymarı, Səudiyyə Ərəbistanı millisindən Salem Əl-Davsarini, Niderlanddan Kodi Qakponu, Argentinadan Entso Fernandesi, Kamerundan Vensan Abubakarı, Meksikadan Luis Çavesi, Fransadan Kilian Mbappeni və Cənubi Koreyadan Pek Sın Xonu geridə qoyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin