
DÇ-2022: Bakıya gələn irlandiyalı azarkeşlərin sayı bilindi
DÇ-2022-nin seçmə mərhələsində bu gün keçiriləcək Azərbaycan – İrlandiya matçında qonaq komandanın azarkeşləri də olacaq.
Komanda.az “irishexaminer.com” saytına istinadən xəbər verir ki, 300 irlandiyalı azarkeş komandalarını dəstəkləmək üçün Bakıya gəliblər.
Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçı saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin