Azərbaycan millisinin rəqibinin daha bir futbolçusunda koronavirus aşkarlandı
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan və Serbiya ilə qarşılaşacaq Lüksemburq yığmasında daha bir futbolçuda koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, yarımmüdafiəçi Dioqo Pimenteldən sonra müdafiəçi Eldin Coqoviçdə də koronavirus aşkarlanıb. Bu barədə Lüksemburq mətbuatı məlumat yayıb.
Almaniyanın “Maqdeburq” klubunda çıxış edən Coqoviçin koronavirus testi müsbət çıxıb və o, yığmanın heyətindən kənarlaşdırılıb.
Lüksemburq yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Azərbaycanı qəbul edəcək. Oyun saat 22:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin