DÇ-2022: Azərbaycan millisinin üzvü 3-cü oldu
DÇ-2022-nin seçmə mərhələsinin 6-cı turunun oyunlarından sonra komandaların və futbolçuların statistik göstəriciləri açıqlanıb.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Şahruddin Məhəmmədəliyev hazırda ən çox seyv edən qapıçılar arasındadır. “Qarabağ”da çıxış edən futbolçu yığmada 5 oyuna 29 seyv edib. O, bu göstərici ilə 3-cü sırada qərarlaşıb.
DÇ-2022-nin seçmə mərhələsində hazırda ən çox seyv edən qapıçı San Marino yığmasının üzvü Elia Benedettinidir. O, 6 oyuna 31 qurtarış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin