
DÇ-2022-nin oyunundan əvvəl İtaliya millisində 2 itki
DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turunda Litva ilə qarşılaşacaq İtaliya yığmasına daha iki itki üz verib.
Komanda.az xəbər verir ki, millinin iki yarımmüdafiəçisi – Alessandro Florensi və Marko Verratti yığmanın düşərgəsini tərk edib. Bu barədə “Football İtalia” nəşri məlumat yayıb. Hər iki futbolçu zədə səbəbindən millidən ayrılıb.
Sabah keçiriləcək Litva – İtaliya matçı saat 22:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin