Çexiya ilə oyundan əvvəl 3 futbolçu millidən kənarlaşdırıldı

DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turunda Çexiya ilə qarşılaşacaq Uels milli komandasının heyətindən üç futbolçu çıxarılıb.

Komanda.az xəbər verir ki, Hel Robson-Kanu, Rabbi Matondo və Tayler Roberts yığmanın düşərgəsini tərk edib. Bu barədə Uels Futbol Assosiasiyası məlumat yayıb. Futbolçuların heyətdən çıxarılma səbəbləri açıqlanmayıb.

“The Athletic” nəşrinin xəbərinə görə, hər üç futbolçu komandanın məşqçilər korpusunun tətbiq etdiyi qadağalardan birini pozduğu üçün heyətdən kənarlaşdırılıb.

Bu gün keçiriləcək Uels – Çexiya matçı saat 22:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button