Braziliya millisində Neymar şoku
DÇ-2022-nin seçmə mərhələsində Venesuela və Uruqvayla qarşılaşacaq Braziliya yığması ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, Neymar, zədə səbəbindən qarşıdakı iki oyunu buraxacaq. Bu barədə Braziliya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb. Neymar yığmanın heyətindən çıxarılıb.
PSJ-də forma geyinən Neymar, Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun “Başakşəhər”lə matçında (2:0) zədələnmişdi.
Braziliya millisi noyabrın 14-də Venesuela, noyabrın 18-də isə Uruqvayla qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin