Azərbaycan millisində Portuqaliya ilə oyundan əvvəl daha bir itki

DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin daha bir futbolçusu sıradan çıxıb.

Komanda.az xəbər verir ki, Rüstəm Əhmədzadə sentyabrın 4-də Dublin şəhərində İrlandiya ilə 1:1 hesablı heç-heçə etdikləri oyunda zədələnib.

Ukraynanın “Minay” klubundan komandaya cəlb edilən 21 yaşlı hücumçunun sabah keçiriləcək qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşib.

Millinin düşərgəsini daha əvvəl Maksim Medvedev zədə, Anton Krivotsyuk isə sarı vərəqə limiti ilə əlaqədar tərk edib.

Sentyabrın 7-də, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya qarşılaşması saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button