Ronaldo üçün meydana çıxan azarkeş əvvəlcə cərimələndi, sonra…

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən İrlandiya – Portuqaliya matçından sonra (0:0) portuqaliyalı hücumçu Kriştiano Ronaldo ilə görüşmək üçün meydana daxil olan balaca qız azarkeş cərimələnib.

Komanda.az xəbər verir ki, bu barədə 11 yaşlı Addison Velan İrlandiya mətbuatına açıqlamasında deyib. O, İrlandiya Futbol Federasiyası tərəfindən 3 min avro məbləğində cərimələndiyini söyləyib:

“Meydana girdiyim üçün cərimələndim. Atam pulu ödəyəcək. Tribunada meydana yaxın oturduğum üçün meydançaya doğru qaçdım. Mühafizəçilər arxamdan gəlirdi və mən qaçırdım. Meydanın mərkəzinə çatanda onlar məni saxladı. Bu zaman Ronaldonu çağırdım. O, dönərək mənə baxdı və mühafizəçilərə məni buraxmalarını dedi. Şokda idim. Ağlayırdım və Ronaldoya “formanı ala bilərəm” deyə, sual verdim, “mən sənin böyük bir fanatınam” dedim”.

Ronaldo Addisona formasını hədiyyə edib.

İrlandiya Futbol Federasiyası Addisonun cəriməsini ləğv edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button