Portuqaliya millisində itki – Azərbaycanla oyunu buraxacaq
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiya və Azərbaycanla qarşılaşacaq Portuqaliya yığmasının heyətində dəyişiklik baş verib.
Komanda.az xəbər verir ki, “Lester” klubunda çıxış edən müdafiəçi Rikardo Pereyra zədə səbəbindən heyətdən çıxarılıb. Bu barədə Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Pereyranın əvəzinə milliyə “Vulverhempton”dan Nelson Semedo çağırılıb.
Portuqaliya millisi sentyabrın 1-də İrlandiyanı qəbul edəcək. Azərbaycanla oyun isə sentyabrın 7-də Bakıda olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin