DÇ-2022-nin oyunundan əvvəl yanğın – VAR monitoru partladı FOTO
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Andorra – İngiltərə matçından əvvəl xoşagəlməz hadisə yaşanıb.
Komanda.az xəbər verir ki, qarşılaşmanın keçiriləcəyi “La Vella” stadionunda yanğın hadisəsi baş verib. Yanğın nəticəsində Video Köməkçi Hakim (VAR) sisteminin monitoru partlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın qısa zamanda söndürülüb.
Bu gün keçiriləcək Andorra – İngiltərə matçı saat 22:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin