DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı

FİFA və Asiya Futbol Konfederasiyası (AFC) DÇ-2022-nin AFC zonası üzrə seçmə mərhələ oyunlarının təxirə salınmasına qərar verib.

Komanda.az xəbər verir ki, buna dünyada koronavirus epidemiyasının sürətlə yayılması səbəb göstərilib. Bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.

Eyni səbəbdən 2023-cü ildə keçiriləcək Asiya Kubokunun seçmə mərhələ oyunları da təxirə salınıb.

Qeyd edək ki, DÇ-2022-nin Asiya zonası üzrə təsnifat mərhələsi oktyabrda başlamalı idi. Mundial 21 noyabr – 18 dekabr 2022-ci ildə Qətərin 7 şəhərində – Doha, Lusail, Əl-Vakra, Əl-Hor, Əl-Rayan, Umm-Salal və Mədinət əş-Şamalda təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button