Serbiya – Portuqaliya matçında qalmaqal: Qol sayılmadı, Ronaldo kapitanlıq sarğısını yerə atdı FOTO

DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunun Serbiya – Portuqaliya matçında (2:2) mübahisəli epizod yaranıb.

Komanda.az xəbər verir ki, görüşün baş hakimi Danni Makkeli uzatma dəqiqələrində Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldonun qolunu qeydə almayıb. Ronaldonun 90+3-cü dəqiqədə vurduğu zərbə nəticəsində top qapı xəttini keçsə də, hakim bunu qol olaraq qeydə almayıb.

Ronaldo hakimin qolu saymamasına etiraz olaraq, kapitanlıq sarğısını yerə tullayıb. Matçdan sonra Portuqaliya yığmasının baş məşqçisi Fernando Santos baş hakim Makkelinin epizodun təkrarına baxdıqdan sonra onlardan üzr istədiyini bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button