Fransa millisində Kante şoku

DÇ-2022-nin seçmə mərhələsində Ukrayna və Finlandiya ilə qarşılaşacaq Fransa milli komandası ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, yığmanın yarımmüdafiəçisi Nqolo Kante sıradan çıxıb. Bu barədə “Lequipe” nəşri məlumat yayıb. Millinin məşqində zədələnən Kante heyətdən çıxarılıb.

Fransa yığması sentyabrın 4-də Ukrayna ilə səfərdə, 7-də isə Finlandiya ilə evdə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button