Qrizmann Platiniyə çatdı

DÇ-2022-nin seçmə mərhələsində Finlandiyanı məğlub edən Fransa milli komandasının futbolçusu Antuan Qrizmann yığmanın tarixinə düşüb.

Komanda.az xəbər verir ki, 2:0 hesabıyla bitən görüşdə dubl edən hücumçu millidəki qollarının sayını 41-ə çatdırıb. O, bu göstəricidə Mişel Platiniyə çatıb.

Fransa millisinin tarixində ən çox qol vuran futbolçu Tyerri Anridir. Sabiq hücumçu yığmada 51 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button