İrlandiya millisinin kapitanı Azərbaycanla oyunu buraxacaq

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq İrlandiya yığması ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, yığmanın kapitanı Şeyms Koulman zədələnib. Bu barədə onun çıxış etdiyi “Everton” klubunun baş məşqçisi Rafael Benites məlumat yayıb. O, 33 yaşlı müdafiəçinin məşqdə zədələndiyini və millinin düşərgəsinə yollanmayacağını bildirib.

Oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçı saat 20:00-da başlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button