Portuqaliya millisində ciddi itki – Azərbaycanla oyunu buraxacaq

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də Azərbaycanla qarşılaşacaq Portuqaliya yığması ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, yığmanın qapıçısı Rui Patrisio zədələnib. Bu barədə Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 33 yaşlı qapıçı yığmanın heyətindən çıxarılıb.

Patrisio “Vulverhempton” komandasının heyətində “Liverpul”a qarşı İngiltərə Premyer Liqası matçı (0:1) zamanı başından zədə almışdı. Patrisionun əvəzinə Yunanıstan “Olimpiakos”undan Joze Saya dəvət göndərilib.

Portuqaliya millisi martın 24-də, İtaliyanın Turin şəhərində yerləşən “Yuventus” stadionunda Azərbaycanla qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button