
DÇ-2022: Azərbaycan – Portuqaliya matçının biletləri satışa çıxarılır
DÇ-2022-nin seçmə məhələsi çərçivəsində sentyabrın 7-də, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya oyununun biletləri avqustun 21-dən etibarən satışa çıxarılacaq.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Koronavirus pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.
Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 AZN-dir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin