DÇ-2022-nin qalibi “Çelsi” ilə razılığa gəlib

Portuqaliya “Benfika”sının argentinalı yarımmüdafiəçisi Enzo Fernandes “Çelsi”yə keçməyə razılaşıb.

Komanda.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabrizio Romano öz “tvitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, Fernandes “zadəganlar”ın düşərgəsinə keçmək təklifini qəbul edib. “Çelsi” transfer müqaviləsi ilə bağlı “Benfika” ilə danışıqlara başlayıb. Londonlular Argentina millisinin üzvünün 120 milyon avroluq sərbəstqalma haqqını ödəmək əvəzinə Portuqaliya klubuna sərfəli maliyyə təklifi etməkdə qərarlıdırlar.

21 yaşlı futbolçu bu mövsüm “Benfika”nın heyətində 24 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Enzo Fernandes DÇ-2022-nin ən yaxşı gənc futbolçusu seçilib. O, dünya çempionatında 7 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button