DÇ-2022-nin favoriti kimi 8 komandanın adını çəkdi

Belçika millisinin baş məşqçisi Roberto Martines bu il Qətərdə keçiriləcək dünya çempionatındakı favoritlərini açıqlayıb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, Martines favorit kimi gördüyü 8 milli komandanın adını çəkib:

“Bu komandaların adlarını çəkmək istəyirəm: Belçika, Fransa, Xorvatiya, İngiltərə, İspaniya, Almaniya, Argentina və Braziliya. Ancaq bu komandalardan hansının uğur qazanmaq üçün şansının daha çox olduğunu dəqiq deməyəcəm”.

Qətərdəki dünya çempionatı noyabrın 20-dən noyabrın 18-dək keçiriləcək. DÇ-nin son qalibi Fransa yığmasıdır. Belçika millisi Kanada, Mərakeş və Xorvatiya ilə eyni qrupda mübarizə aparacaq. Belçikalılar ilk oyunda noyabrın 23-də Kanada millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button