Argentina millisinin baş məşqçisi: “Biz də oynamaq istəyirdik, Braziliya yığması da”
DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin Braziliya – Argentina oyunu yarımçıq dayandırılıb.
Komanda.az xəbər verir ki, qarşılaşmanın startından cəmi bir neçə dəqiqə sonra Braziliya Səhiyyə Nazirliyinin rəsmi şəxsləri meydana daxil olublar və oyunu yarımçıq dayandırıblar. Buna səbəb Argentina yığmasının 4 futbolçusunun koronavirusla bağlı tətbiq edilən qaydalara riayət etməməsi olub.
Bununla bağlı Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni fikirlərini bildirib:
“Vəziyyətə görə çox məyusam. Günahkar axtarmıram. Dünən yaxşı futbolçularn iştirak etdiyi bir oyun idi və insanlar bundan zövq alacaqdı. Futbolçularımı qorumalıyam. Biz də oynamaq istəyirdik, Braziliya yığması da”.
Braziliya Səhiyyə Nazirliyinin rəsmi şəxsləri oyun zamanı meydana daxil olaraq Argentina millisinin İngiltərədən gələn oyunçularının – Emiliano Martines, Emiliano Buendiya (hər ikisi “Aston Villa”), Covani Lo Çelso (“Tottenhem”) və Serxio Romeronun (“Mançester Yunayted”) – heyətdən çıxarılmasını tələb ediblər. Bu üzdən də Braziliya – Argentina oyunu yarımçıq dayandırılıb. Argentina millisi və hakimlər yaşanan mübahisələr nəticəsində meydanı tərk edib. Qarşılaşmanın təxirə salındığı açıqlanıb.
Bizi Facebook-da izləyin