Qadın jurnalistləri döyüb, xəstəxanalıq etdilər – millinin oyunundan sonra

DÇ-2022-nin Afrika seçmə mərhələsi çərçivəsində keçirilən Syerra Leone – Liberiya matçından sonra Syerra Leonenin prezidenti Culiusa Maad Bionun mühafizəçiləri jurnalistlərə hücum edib.

Komanda.az xəbər verir ki, prezidentin qoruyucuları Françessa Bernard və Ester Mari Samura adlı qadın jurnalistlərə hücum edib. Mühafizəçilər jurnalistləri döyməklə yanaşı, onlardan birinin telefonunu əlindən alıb. Qadın jurnalistlər xəstəxanalıq olub. Hadisənin baş vermə səbəbi bilinmir.

Syerra Leone İdman Yazaları Dərnəyi jurnalistlərə qarşı olan bu hadisəni qınayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button