ÇL-də oynamaq istəyir – Dünya çempionu olan futbolçu
Argentina millisinin və “Aston Villa”nın qapıçısı Emiliano Martinez karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az “Tuttomercatoweb”-ə istinadən xəbər verir ki, futbolçunun agenti Qustavo Qoni cənubi amerikalının Çempionlar Liqasında çıxış etmək istədiyini dilə gətirib:
“Bu gün bir neçə klub Emiliano ilə müqavilə bağlamaq istəyir. İtaliya A Seriyası? Niyə də olmasın? Martinez qarşısına böyük məqsədlər qoyub. O, Çempionlar Liqasında mübarizə aparmaq istəyir”.
30 yaşlı Martinez 2020-ci ilin sentyabrından “Aston Villa”da çıxış edir. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 24 oyuna çıxıb, 27 qol buraxıb, 8 matçda qapısını toxunulmaz saxlayıb.
DÇ-2022-də Argentina millisinin heyətində dünya çempionu olan Martinez 7 matçın hamısında meydana çıxıb və 8 qol buraxıb, 3 oyunda qapısını toxunulmaz saxlayıb. O, Qətərdə keçirilən dünya çempionatında turnirin ən yaxşı qapıçısı seçilib.
Bizi Facebook-da izləyin