PSJ-nin hədəfindədir – DÇ-2022-nin qalibi
DÇ-2022-nin ən yaxşı gənc futbolçusu seçilən argentinalı Enzo Fernandes karyerasını Fransada davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Benfika”nın yarımmüdafiəçisi PSJ-nin diqqətini cəlb edib.
21 yaşlı cənubi amerikalının turnirdəki çıxışını bəyənən parislilər onun transferi ilə komandadakı rəqabətin artacağına ümid edirlər. DÇ-2022-yə qədər o, “Real”, “Barselona” və “Mançester Siti” də daxil olmaqla, Avropanın bir neçə klubunun transfer siyahısında yer alırdı.
Enzo Fernandesin çıxış etdiyi Argentina millisi DÇ-2022-nin finalında Fransa üzərində qələbə qazanaraq (3:3, penaltilər – 4:2), dünya çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin