DÇ-2022: Niderland millisində ciddi itki
Memfis Depay DÇ-2022-də Niderland millisinin ilk oyununu buraxa bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə baş məşqçi Lui van Qal açıqlama verib. Niderlandlı mütəxəssis Seneqal millisinin futbolçusu Sadio Mane barədə də danışıb:
“Bizim üçün Depayı itirmək rəqibin Maneni itirməsi qədər ağırdır. Memfis üçün çox darıxacağıq”.
Niderland millisi DÇ-2022-də ilk oyununu Seneqala qarşı, noyabrın 21-də keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin