DÇ-2022-ni buraxmaq təhlükəsi

“Mançester Yunayted”in futbolçusu Markus Reşford İngiltərə yığmasındakı yerini itirə bilər.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, İngiltərə millisi mart ayında iki yoxlama oyunu keçirəcək və “Mançester Yunayted”in hücumçusu böyük ehtimalla, bu matçlara dəvət edilməyəcək.

Reşford cari mövsümdə “Mançester Yunayted”də az şans qazanır. Son 11 oyunda o, cəmi iki dəfə ilk dəqiqələrdən meydanda olub.

İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt çox güman ki, klublarında daim əsas heyətdə yer alan futbolçuları milliyə çağırmaq ənənəsinə sadiq qalacaq.

Reşford İngiltərə millisinin iyun və sentyabr aylarında keçirəcəyi oyunlarda yığmaya çağırılmasa, bu il Qətərdə keçiriləcək dünya çempionatında olmayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button