DÇ-2022: Messidən yeni rekord

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, DÇ-2022-də beş matçın qalibi penalti zərbələrindən sonra müəyyənləşib. İndiyə kimi heç bir turnirdə belə hal gerçəkləşməyib.

Pley-offda Xorvatiya – Yaponiya, Mərakeş – İspaniya, 1/4 finalda Argentina – Niderland, Xorvatiya – Braziliya və finalda Argentina – Fransa matçları bu cür sonluqla yekunlaşıb.

Bundan əlavə, Argentina millisinin kapitanı Lionel Messi də penalti zərbəsi sayında rekorda imza atıb. 35 yaşlı hücumçu bir yarışın həm əsas, həm də əlavə vaxtında ən çox penalti yerinə yetirən (6) tək futbolçu olub. O, İngiltərə millisinin hücumçusu Harri Keyni də geridə qoyub (5).

Dünya çempionatları tarixində ilk dəfə bir komanda – Argentina millisi 5 dəfə penalti zərbəsindən istifadə edib. Həlledici matçda qapılara 3 dəfə penalti zərbəsi təyin olunub.

Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button