Təəccüblənmir – Mərakeş yığmasının nəticələrinə
Xorvatiya yığmasının hücumçusu Andrey Kramariç Mərakeş milli komandası barədə fikirlərini bildirib.
Komanda.az “24sata”-ya istinadən xəbər verir ki, o, Afrika təmsilçisinin DÇ-2022-nin yarımfinal mərhələsində iştirakının ədalətli olduğunu deyib:
“Mərakeş yığmasının nəticələri məni təəccübləndirmir. Onlar yarımfinala çıxmaq üçün layiqli mübarizə apardılar. Qrup mərhələsində ilk oyunumuzdan sonra artıq deyə bilərik ki, onların yaxşı komandası var. Yaxşı təşkilatlanan, peşəkar müdafiə olunan istedadlı futbolçulara sahib komandadır”.
Mərakeş millisi DÇ-2022-nin yarımfinalında Fransaya uduzaraq (0:2), finala çıxa bilməyib. Onlar üçüncü yer uğrunda görüşdə Xorvatiya millisi ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin