DÇ-2022: “Mən onunla fəxr edirəm” – Ronaldo
Braziliyalı keçmiş hücumçu Ronaldo Neymar barədə fikirlərini bölüşüb.
Komanda.az COPE-yə istinadən xəbər verir ki, o, PSJ-nin futbolçusu ilə fəxr etdiyini bildirib:
“Neymar Braziliyanın məğlubiyyətindən dolayı çox üzüldü. İndi bu hissləri keçirməsi normaldır. Əminəm ki, daha güclü qayıdacaq və Braziliya millisində oynamağa davam edəcək. O, hələ gəncdir və növbəti dünya çempionatında də çıxış edə bilər. Mən onunla fəxr edirəm”.
Ronaldo Neymarın zədəsini sağaldaraq turnirə geri dönməsini vacib amil kimi dəyərləndirib:
“Neymar DÇ-2022-nin qrup mərhələsində ilk oyunu əla keçirdi. Topuğundan zədə aldı və yenidən millidə oynamaq üçün səy göstərdi. Bu, bizim üçün çox vacibdir. Ümid edirəm ki, o, tezliklə qayıdacaq və daha da güclənəcək”.
Braziliya millisi DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya məğlub olaraq (1:1, 2:4-pen), turnirdən kənarda qalıb.
Bizi Facebook-da izləyin