“DÇ-2022-ni onlarla bərabər tutmaq olmaz” – De Bruyne
Belçika millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne DÇ-2022 barədə fikirlərini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, dünya çempionatında pley-offa vəsiqə qazana bilməyən Belçika komandasının çıxışı haqda danışıb:
“Məyusedici turnir keçirdik. Bundan əvvəlki turnirlər bizim üçün uğurlu keçmişdi. Amma DÇ-2022-ni onlarla bərabər tutmaq olmaz.
Hazırda bütün diqqətimi “Mançester Siti”yə yönəltmişəm. Ümid edirəm ki, fasilədən qayıtdıqdan sonra da əvvəlki ruhda davam edəcəyik, kuboklar uğrunda mübarizə aparmaq üçün yaxşı şansımız olacaq”.
DÇ-2022-nin F qrupunda çıxış edən Belçika millisi 4 xal toplayaraq, üçüncü pillədə qərarlaşıb və turnirlə erkən vidalaşıb. Mərakeş 7 xalla birinci, Xorvatiya 5 xalla ikinci yeri tutub. Kanada millisi 0 xalla sonuncu olub.
Bizi Facebook-da izləyin