DÇ-2022: “Argentinanı layiq olmadığı qələbə münasibətilə təbrik edirəm”

Xorvatiya yığmasının müdafiəçisi Borna Sosa DÇ-2022-nin yarımfinal mərhələsinin Argentina ilə matçı haqda danışıb.

Komanda.az “index.hr”-a istinadən xəbər verir ki, o, penalti epizodunu mübahisəli vəziyyət kimi dəyərləndirib:

“İlk yarım saat ərzində meydanda ən yaxşı biz idik. Sonra qapımıza bir penalti təyin edildi. Bu, mübahisəli epizod idi. İkinci qolu buraxdıqdan sonra hər şey daha da çətin oldu. Argentinanı layiq olmadığı qələbə münasibətilə təbrik edirəm”.

Sosa üçüncülük uğrunda keçiriləcək matça hazırlaşacaqlarını deyib:

“Finala çox yaxın olduğunuz vaxtda məğlub olmaq çox çətindir. Bu gün bir az dincələcəyik. Lakin sabahdan etibarən səylə üçüncülük uğrunda matça hazırlaşmağa başlayacağıq. Biz Zaqrebə xoşbəxt qayıtmağa çalışacağıq”.

Xorvatiya millisi DÇ-2022-nin yarımfinal mərhələsində Argentinaya uduzaraq (0:3), üçüncülük uğrunda keçiriləcək görüşə adını yazdırıb. Argentina isə finala vəsiqə qazanıb. Cənubi Amerika təmsilçisi DÇ-2022-nin həlledici görüşündə Fransa – Mərakeş matçının qalibi ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button