DÇ-2022: Lukas Hernandesin durumuna aydınlıq gəlib
Avstraliya ilə oyunda zədələnən Fransa millisinin futbolçusu Lukas Hernandes üçün turnir başa çatıb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin sağ diz çarpaz bağı yırtılıb.
Oyunçu dünya çempionatının digər matçlarında iştirak edə bilməyəcək. Matçın 13-cü dəqiqəsində Lukası qardaşı Teo Hernandes əvəzləyib.
Qarşılaşma Fransanın 4:1 hesablı qələbəsi ilə sona çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin