Van Qal üçün əlamətdar oyun
DÇ-2022-nin A qrupunun ikinci matçında Niderland Ekvadorla heç-heçə (1:1) edib.
Bu oyun niderlandlıların baş məşqçisi Lui van Qal üçün əlamətdar olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 71 yaşlı van Qal İtaliya yığmasının keçmiş baş məşqçisi Vittorio Pozzonun rekordunu təkrarlayıb.
Dünya çempionatları tarixində baş məşqçi kimi 9-cu matçında da uduzmayan van Qal Pozzonun göstəricisinə şərik çıxıb. O, bu görüşlərdə 6 dəfə qələbəyə sevinib, 3 dəfə “sülh”ə razılaşıb.
Pozzo 1934-1938-ci illər ərzində İtaliya yığmasında 8 qələbə, 1 bərabərliklə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin