DÇ-2022: “Kimsə Ronaldonun yanında öskürdü və penalti təyin etdilər”
Uruqvay Futbol Federasiyasının prezidenti İqnasio Alonso DÇ-2022-nin qrup mərhələsində hakimlərin işini tənqid edib.
Komanda.az “A Bola”-ya istinadən xəbər verir ki, o, hakimlərin səhvlərə yol verdiklərini bildirib:
“Bizim oyunlarımızda ciddi səhvlərə yol verən iki referi daha dünya çempionatında hakimlik etməyəcək. Qrupun digər oyunlarında da qayda pozuntuları qeydə alınıb. Kimsə Kriştiano Ronaldonun yanında öskürdü və onlar penalti təyin etdilər”.
DÇ-2022-nin H qrupunun üçüncü turunun matçında Uruqvay millisi Qana ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Lakin Cənubi Amerika təmsilçisi top fərqinə görə pley-off mərhələsinə vəsiqə qazana bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin