DÇ-2022: Keçmiş futbolçu məşhur telekanalda işləyəcək

“Mançester Yunayted”in keçmiş kapitanı və televiziya eksperti Qari Nevill 2022-ci il dünya çempionatı zamanı Qətərin “beİN Sports” kanalında çalışacaq.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Nevill daha əvvəl turnirin Qətərdə keçirilməsi ilə bağlı mənfi fikirlər səsləndirib, çempionat üçün obyektlər tikən miqrant işçilərin həyat və iş şəraitini pisləyib.

Telekanal Qətər hökumətinə məxsusdur.

“Bəli, mən dünya çempionatına gedirəm və bəli, “beİN Sports” üçün çalışacam. Mən bütün məsələləri illər əvvəl olduğu kimi işıqlandıracam” – deyə, Nevill bildirib.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button